Fransa ilə oyuna böyük maraq: Stadion tam dolacaq!

Fransa ilə oyuna böyük maraq: Stadion tam dolacaq! DÇ-2026-nın seçmə mərhələsində D qrupunun son matçı Azərbaycan-Fransa oyununa maraq böyükdür.

Oyun üçün satışa çıxarılan bütün biletlər alınıb.

Tamaşaçı tutumu 31 200 nəfər olan Tofiq Bəhramov adına Respublika stadionu tam dolu olacaq.

Qeyd edək ki, oyunun biletlərinin qiyməti 5-200 manat aralığında təyin edilib.

Xatırladaq ki, Azərbaycan - Fransa oyunu noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Tehsil-press.az

Oxşar xəbərlər