Xəbər verdiyimiz kimi, xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Nuriyeva vəfat edib.Xalq artistinin qardaşı qızı Fidan Nuriyeva Globalinfo.az-a açıqlamasında hər şeyin anidən baş verdiyini qeyd edib:
“Ülviyyə ürək çatışmazlığından əziyyət çəkirdi. Ölümü qəfil oldu. Ailəsi həkimə məlumat verənə kimi, o, artıq dünyasını dəyişmişdi. Bu gün Qalada dəfn etdik. Gülnar adlı bir qızı var, 6-cı sinfdə oxuyur”.
Tehsil-press.az












