Metroda ağır xəsarət alanın kimliyi bilindi

Metroda ağır xəsarət alanın kimliyi bilindi Dünən axşam saatlarında metronun “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan sərnişin 18 yaşlı oğlan olub.

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yanvarın 7-də saat 22:44 radələrində 2007-ci il təvəllüdlü oğlan Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:

“Baş-beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır”.

Tehsil-press.az


Oxşar xəbərlər