Professor Natiq Atakişiyev 5-ölçülü operatorun məxsusi qiymətlərinin və məxsusi vektorlarının tapılması üçün sadə analitik yanaşma təklif edildiyini bildirib. Bu yanaşma operator və onun kompleks qoşma cütünün diskret əksetmə operatoruna görə simmetriyasının mövcudluğuna əsaslanıb. Bu yeni yanaşma kəsilməz halda yaxşı məlum olan psi- funksiyasının diskret analoqu daxil edilməklə operator və onun kompleks qoşma cütü üçün yaradılıb. Kəsliməz halın psi-funksiyasının digər məlum ifadəsi əsasında isə məxsusi vektorların diskret analoqlarının aşkar şəkli, Nyuton bazis çoxhədlilərinin müəyyən funksiyaya olan hasili vahidlərində tapılıb.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Tehsil-press.az








