BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi “SAF 2025”in qalibidir

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi “SAF 2025”in qalibidir Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) qalibidir.

Belə ki, liseyin VIII sinif şagirdi Nazirə Kərimli “Mexatronika” kateqoriyası üzrə II, V sinif şagirdi Harun Əlizadə isə "RoboGames Kids" kateqoriyası üzrə III yerə layiq görülüb.

Qeyd edək ki, festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edib. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edib.

Şagirdlərimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!

Tehsil-press.az

Oxşar xəbərlər