Bu səhiyyə işçilərinin maaşları artırıldı
“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü il yanvarın 1-dən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə (tarif) maaşları artırılıb.
Əməkhaqqı artımı tibbi və qeyri-tibbi personalı əhatə edəcək.
Qeyd edək ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 97 215 işçi çalışır.
Tehsil-press.az
- Baxış: 2802
Xəbərin tarixi: 12.01.2023 / 14:15
-
Oxşar xəbərlər