Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub.Elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.
Əmrə əsasən, Natəvan Namazova MDU-nun Elm və innovasiyalar məsələləri üzrə prorektoru təyin olunub.
O bu gün universitet kollektivinə təqdim edilib.
Qeyd edək ki, Natəvan Namazova 2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü və elmi katibidir.
Tehsil-press.az












