UNEC-ə yeni prorektorlar təyin olundu

UNEC-ə yeni prorektorlar təyin olundu Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni prorektorlar təyin olunub.
Bununla bağlı universitetin rektoru Ədalət Muradov bu gün əmr imzalayıb.
Belə ki, Universitetin Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Gəray Musayev Tədris və təlim texnologiyaları üzrə prorektor təyin edilib. Həmçinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru dosent Raqif Qasımov isə Rəqəmsallaşma üzrə prorektor vəzifəsinə gətirilib.
Qeryd edək ki, bir neçə gün əvvəl UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, Anar Rzayev tutduğu vəzifədən azad edilmişdi.

Tehsil-press.az


Oxşar xəbərlər