Rusiyaya qarşı davam edən müharibədə məşhur əyləncə-səyahət proqramı “Orel və Reşka”nın keçmiş rejissoru Vasili Xomko həlak olub.Bu barədə onun həyat yoldaşı Qalina Spivak Instagram səhifəsində məlumat yayıb.
Xomko ilə vida mərasimi dekabrın 5-də, cümə günü keçiriləcək.
“Orel və Reşka” Ukraynada çəkilən, səyahətlərə həsr olunmuş populyar televiziya proqramıdır. Layihə çərçivəsində ümumilikdə 24 mövsüm ərsəyə gətirilib. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra həm çəkilişlər, həm də artıq hazır olan buraxılışların nümayişi müddətsiz dayandırılıb.
Tehsil-press.az














