Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın rejissoru olduğu “Məshəti” filminə Bakı Film Festivalı tərəfindən qoydulan qadağa geniş müzakirələrə səbəb olub.Rəsmi açıqlamada bildirilib ki, filmdə Məhsəti Gəncəvinin obrazı təhrif olunur, etik-normativ çərçivələr pozulur və şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilir. Şura həm manipulyativ təqdimatları, həm də kontekstdənkənar mənalandırma cəhdlərini əsas gətirərək filmə lisenziya verilməsini məqsədəuyğun saymayıb.
Müzakirələrə səbəb olan "Məshəti” filmində baş rol Minanı canlandıran aktirisa Fərqanə Abdulla "Facebook" hesabında paylaşıb.
O qeyd edib ki, “Məhsəti” filmi, gənc aktrisa Minanın “Məhsəti” tamaşasına hazırlanmasından bəhs edir. Bu gənc aktrisa belə dərin və çoxşaxəli obrazı canlandırmaq üçün öz sərhədlərini çeynəyir və filmdə biz onun bu səyahətini izləyirik.:
"Mən bir aktrisa olaraq ilk dəfə bu təklifi alanda fərqli bir obraz olduğu üçün çox həyəcanlanmışdım, amma eyni zamanda narahatlıq da keçirirdim. Çünki mən də canlandırdığım “Mina” obrazı kimi öz sərhədlərimi çeynəməliydim. Mən gözləmirdim ki, Məhsətini, Minanı və məni sosial media meydanına çıxarıb orta əsrlərdəki kimi daşlayacaqlar. Çünki nə mənim öz əxlaqıma, nə canlandırığm obrazın əxlaqına şübhəm yoxdu. Və ya mənim dəyərlərim kişi hegemoniyasıyla üst-üstə düşmür…
İndisə gəlin məsələnin əxlaq keşikçiliyinə. Təəssüf ki, dünya elə Məhsəti Gəncəvinin dövründən, hətta daha öncədən bu günə kimi qadın düşmənçiliyindən əziyyət çəkir. Qadınlar öz təbiətlərinə görə vəhşi, qorxulu məxluq, əhilləşdirilməli bir canlı kimi görülür. Onlar erkən yaşdan etibarən cəmiyyət, ailə tərəfindən müəyyən rollara girməyə məcbur edilirlər. Bu rollara sığmayanları isə meydanlara çıxarıb daşlayır, yandırır, ölüsündən belə qisas alırlar. Patriarxiyanın qadınlara biçdiyi cəmi 2 rol var: 1.bakirə qalıb, bir kişiylə evlənib uşaq doğan qadın (müqəddəs ailə ocağının qoruyucusu), 2. bu xətti davam etdirə bilməyib, bədənini satan qadın ( kişilərin arzu və şəhvətlərinin qurbanı).
Bir də bu rollara sığa bilməyən, özünü axtarmaq, tapmaq və yenidən yaratmaq istəyən qadınlar var. Onlar sadəcə bu əsrdə deyil, hər dövrdə var idilər və var olacaqlar da. Məhsəti Gəncəvi də onlardan biriydi. Onlar sadəcə rəqs etmək, əylənmək, sərxoş olmaq, sevişmək və yaratmaq istəyirdilər. Hər hansısa orta statistik kişinin etdiyi kimi… Amma bunu qadınlar etdiyi üçün “əxlaqsız” damğası vurmaq necə bir ikiüzlülükdür?”
Tehsil-press.az












