İcraçı direktor: 19 ölkədən göndərilən məqalələrin beynəlxalq jurnallarda dərc olunması əsas hədəfdir

İcraçı direktor: 19 ölkədən göndərilən məqalələrin beynəlxalq jurnallarda dərc olunması əsas hədəfdir “Bu konfransda dünyanın 19 ölkəsindən göndərilən yüzlərlə elmi məqalənin toplanması və onların beynəlxalq elmi jurnallarda dərc edilməsi bizim əsas hədəflərimizdəndir. Elmə dəstək verən şirkətin nümayəndəsi kimi bu prosesin bir parçası olmaqdan qürur duyuram".

Bunu Mingəçevirdə keçirilən III Beynəlxalq Elmi Konfransın təşkilati tərəfdaşlarından olan "HBN Group" şirkətinin icraçı direktoru Tariyel Dövlətov deyib.

Onun sözlərinə görə, belə beynəlxalq elmi platformalar regionda elm və innovasiyanın inkişafına verilən ciddi dəstəkdir, tədqiqatçıların elmi nəticələrinin daha geniş elmi ictimaiyyətə çıxarılmasına imkan yaradır.

T.Dövlətov regionda bu tipli tədbirlərin keçirilməsinin əhəmiyyətini də vurğulayıb:

“Bu cür elmi konfranslar elmi ekosistemin güclənməsinə, yeni əməkdaşlıqların yaranmasına və mövcud tərəfdaşlıqların dərinləşməsinə ciddi töhfə verir”.

Tehsil-press.az

Oxşar xəbərlər