BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan “Filologiya üzrə elm müsabiqəsi”nin nəticələri açıqlanıb

BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan “Filologiya üzrə elm müsabiqəsi”nin nəticələri açıqlanıb Bakı Dövlət Universitetinin (BDU) Filologiya elmi sahəsində tədqiqat aparan BDU-nun magistrant, doktorant və əməkdaşları arasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi”nin nəticələri açıqlanıb.

Müsabiqə komissiyasının qərarına əsasən, BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova I, Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə elmi-tədqiqat laboratoriyasının elmi işçisi Samirə Məmmədli II yerə, Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının dosenti Heybət Heybətov isə təşəkkürnaməyə layiq görülüb.

Qeyd edək ki, müsabiqə Filologiya elmi sahəsində tədqiqat aparan, 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılması məqsədilə keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər