Uzun müddət reklamları ilə gündəmə gələn “Laser Beauty Estetik Klinikası” MMC-nin baş həkimi Rəna Soltanova yenidən diqqət mərkəzinə düşüb.Rəna Soltanova “Facebook” sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, 5–7 dekabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Üz-Plastik Cərrahları Dərnəyinin təşkil etdiyi konqresdə dermatoloq qismində Azərbaycanı təmsil edib. O qeyd edib ki, “Hər zaman biliklərimi və özəl texnikalarımı həmkarlarımla bölüşməkdən böyük zövq alıram”.
Lakin maraqlı sual ortaya çıxır: Rəna Soltanovanı Azərbaycan adından bu tədbirə kimlər göndərib və onun nümayəndə statusu necə müəyyən olunub? Həmçinin dermatoloq kimi Rəna Sultanova Üz-Plastik Cərrahları Dərnəyinin təşkil etdiyi konqresdə necə iştirak edir. Başqa bir maraqlı nüans isə belədir. Dermatoloq olduğunu deyən Rəna Sultanova necə plastik əməliyyatlar icra edir?
Qeyd edək ki, Rəna Soltanovanın fəaliyyəti və onun haqqında səslənən müxtəlif şikayətlərlə bağlı mediada fərqli məlumatlar yayılmaqdadır.
Tehsil-press.az






