Görüş zamanı fakültə rəhbərliyi ilə əməkdaşlıq mexanizmləri, magistrant və müəllimlərin qarşılıqlı mübadilə məsələləri, gələcək tədris planının hazırlanması, kreditlərin uyğunlaşdırılması və tədris olunacaq fənlərin müəyyənləşdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Abay adına Qazax Milli Pedaqoji Universitetinin nümayəndələri fakültədə “Kompüter elmləri”, “İnformatika müəllimliyi” və “Riyaziyyat” ixtisasları üzrə keçirilən dərslərdə iştirak edib, tələbə və magistrantlarla görüşərək təcrübə mübadiləsi aparıblar.
Sonda mübadilə proqramında iştirak edən nümayəndələrə BDU tərəfindən sertifikatlar təqdim olunub.
Tehsil-press.az






