Tramp Çin və Rusiyaya bunu təklif edir - Yeni strategiya

Tramp Çin və Rusiyaya bunu təklif edir - Yeni strategiya Prezident Donald Tramp ABŞ-ın Çini cilovlamağa yönəlmiş illərlə formalaşmış siyasətinə zidd addımlar atır və qarşıdurma strategiyası əvəzinə təsir dairələrinin bölüşdürülməsi strategiyasını seçir.

Bunu “Axios” nəşri yazıb.

Nəşr qeyd edir ki, son vaxtlar Tramp Vaşinqtondakı ən böyük Çin tərəfdarı kimi qəbul edilir:

“Bu kontekstdə onun ötən il baş vermiş genişmiqyaslı kiberhücumlara cavab olaraq Çinə qarşı sanksiya tətbiqindən imtina etməsi, həmçinin “Nvidia H200” çiplərinin Çinə ixracına qoyulan qadağanı ləğv etməsi xatırladılır.

Oxşar dəyişiklik Trampın Rusiya ilə bağlı strategiyasında da müşahidə olunur: konfrontasiyadan kompromislərə keçid və Rusiyanın Ukraynadakı hərbi qazanclarını qəbul etməyə hazırlıq”.

Trampın komandasının Ukraynanı Donbasın tam şəkildə aqressora verilməsinə sövq etdiyi, bununla Vaşinqton və Moskva arasında “strateji sabitliyin” yeni dövrünün başlanmasına çalışdığı qeyd olunur:

“Bunun fonunda Tramp Rusiyanın G7-yə qaytarılmasını müdafiə edir, halbuki Rusiya bu formatdan 2014-cü ildə Krıma müdaxiləyə görə çıxarılmışdı. Ağ Evin dərc etdiyi yeni ABŞ Milli Təhlükəsizlik Strategiyası da Avropaya nisbətən Rusiyaya daha dost yanaşma sərgiləyir”.

Tehsil-press.az

Oxşar xəbərlər