Görüş zamanı tərəflər birgə magistr və doktorantura proqramlarının hazırlanması, müəllim və tədqiqatçı mübadiləsi, ortaq laboratoriyaların yaradılması və konkret istiqamətlər üzrə elmi-tədqiqat layihələrinin reallaşdırılması imkanlarını müzakirə ediblər. Beynəlxalq konfranslar, seminarlar və akademik forumlar vasitəsilə elmi və mədəni əlaqələrin inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.
BDU-nun rektoru Elçin Babayev iki universitet arasında təhsil və elm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mövcud imkanlardan səmərəli istifadə olunacağını qeyd edib. Çinin Elm və Texnologiya Universitetinin Universitet Şurasının sədr müavini Congzhao Zhou isə tərəflər arasında geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildirib.
Görüşün sonunda tərəflər birgə layihələrin həyata keçirilməsi, birgə elm və təhsil proqramlarının təşkili və akademik mübadilə imkanlarının genişləndirilməsi üzrə əməkdaşlıq niyyətlərini təsdiqləyib və koordinasiya qrupu yaradıb.
Qeyd edək ki, Çin Elmlər Akademiyasının birbaşa tabeliyində fəaliyyət göstərən Çinin Elm və Texnologiya Universiteti beynəlxalq reytinqlərdə dünyanın aparıcı ali təhsil müəssisələri sırasında qərarlaşır və Çin elmi-tədqiqat mühitinin əsas mərkəzlərindən biri hesab olunur. Belə ki, universitet "THE World University Rankings 2026" reytinqində 51-ci, "Nature Index" göstəricilərinə əsasən 2-ci, "QS World University Rankings 2026" siyahısında isə 131-ci mövqedə qərarlaşıb.
Tehsil-press.az









