Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib 2025-ci ilin dekabrın 16-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, hazırda yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir.

İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin sədri Vidadi Cəfərov hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə ətraflı məlumat təqdim edib.

Sonra müsabiqəni uğurla başa vurmuş 45 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Həmçinin, kadr məsələlərinə də baxılaraq müvafiq qərarlar qəbul edilib.

Tehsil-press.az

Oxşar xəbərlər