BDU-da uşaq publisistikasına dair sənəd axınının elmmetrik təhlillər aparılır

BDU-da uşaq publisistikasına dair sənəd axınının elmmetrik təhlillər aparılır Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Azərbaycanda uşaq publisistikasına dair sənəd axınının elmmetrik təhlili” mövzusunda elmi seminar keçirilib.

Seminarda fakültənin doktorantı Lamiyə Əliyeva çıxış edib. Məruzədə Azərbaycanda uşaq publisistikasının formalaşması və inkişaf tarixi təhlil olunub. Bildirilib ki, XIX əsrin sonu - XX əsrin əvvəllərindən etibarən bu sahə ardıcıl inkişaf yolu keçib və həmin prosesdə maarifçi ziyalıların, görkəmli ədiblərin fəaliyyəti mühüm rol oynayıb.
Araşdırmada uşaq publisistikası üzrə sənəd axını xronoloji ardıcıllıqla izlənilib, sahənin sistemləşdirilməsi və yayılmasında biblioqrafik resursların əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, uşaq publisistikası uşaq mətbuatının məzmununun formalaşmasında əsas istiqamətlərdən biridir. Uşaq jurnal və qəzetlərində dərc edilən məqalələr, esselər, oçerklər, reportajlar, xəbərlər və portret yazıları uşaqların ictimai, mənəvi və estetik inkişafına xidmət edir, onların milli və bəşəri dəyərlərə yiyələnməsində mühüm rol oynayır.

Məruzəçi həmçinin Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən uşaq publisistikası üzrə hazırlanmış biblioqrafik resursları təhlil edib. Bu resursların ölkədə uşaq publisistikasının inkişafını izləmək, zəngin irsi qorumaq və gələcək nəsillərə ötürmək baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Elmi seminar mövzu ətrafında aparılan müzakirələrlə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər