BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək

BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çində yerləşən Anhui Kənd Təsərrüfatı Universitetini ziyarət edib. İkitərəfli görüş zamanı tərəflər təhsil və elmi-tədqiqat sahələrində strateji əməkdaşlığın qurulması imkanlarını müzakirə ediblər.

BDU-nun rektoru Elçin Babayev və Anhui Kənd Təsərrüfatı Universitetinin prezidenti Cao Haiqun universitetlər arasında bakalavr, magistr və doktorantura pillələrində akademik əməkdaşlıq, ortaq elmi-tədqiqat layihələri, müəllim və tələbə mübadilələri, aqrar tədqiqatlar üzrə resurslardan birgə istifadə, seminar və konfransların keçirilməsi və qarşılıqlı innovasiya təşəbbüsləri üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.

Görüş zamanı tərəflər mövcud maddi-texniki baza, laboratoriyalar və elmi infrastruktur imkanlarını nəzərdən keçirib, müxtəlif formatlarda əməkdaşlıq planlarını müəyyənləşdiriblər.

Görüşün yekununda tərəflər anlaşma memorandumunu imzalayıb.

Tehsil-press.az

Oxşar xəbərlər