
RİA Novosti bildirir ki, Obama hücumu "terror və nifrət aktı" adlandırıb. Obama bildirib ki, Federal Təhqiqatlar Bürösu (FTB) bu hadisəni məhz terror aktı kimi araşdırır. O vurğulayıb ki, Orlando şəhərindəki atışma ABŞ-da çoxlu sayda insana atəş açılması ilə bağlı ən qanlı cinayət işidir.
Eyni zamanda prezident deyib ki, hüquq-mühafizə orqanlarına cinayətkarın dəqiq motivləri məlum deyil. ABŞ prezidenti Barak Obama Orlando ştatındakı atışma ilə bağlı bəyanatla çıxış edəcək. Tehsil-press.az bildirir ki, məlumatı Ağ Evə istinadən RİA Novosti yayıb.
Məlumatda bildirilir ki, prezidentin çıxışı yerli vaxtla saat 13.30-a (Bakı vaxtı ilə 22.30-red.) planlaşdırılb. Xatırladaq ki, atışma zamanı 50 nəfər ölüb, 53 nəfər isə yaralanıb. Qırğını törədən əfqan əsilli ABŞ vətəndaşı Ömər Matin öldürülüb.
Tehsil-press.az