BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Biologiya müəllimliyi” ixtisasının IV kurs tələbəsi Vüsalə Cəfərli Tacikistanın Düşənbə şəhərində “MDB-yə üzv dövlətlərin Kimyaçılar Məktəbi” layihəsi çərçivəsində təşkil olunmuş beynəlxalq elmi tədbirdə “Nanohissəciklər və canlı sistemlər: faydalar və risklər” mövzusunda təqdimat edib.

Beynəlxalq elmi tədbirdə müasir kimyanın aktual problemləri, kimya təhsili və elmi-tədqiqat fəaliyyətinin inkişaf perspektivləri, ekoloji təhlükəsizlik, suyun kimyəvi təmizlənməsi üsulları, innovativ kimyəvi texnologiyalar və beynəlxalq elmi əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Proqram çərçivəsində alimlərin mühazirələri, iştirakçıların elmi təqdimatları və məruzələri dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər