
Görüşdə qarşılıqlı əlaqənin, birgə elmi fəaliyyətin möhkəmləndirilməsi, elmi kadrların hazırlanması, beynəlxalq layihələrin icrası, tədqiqat qruplarının yaradılması, müştərək beynəlxalq məqalələrin yazılması, beynəlxalq konfranslar, seminarlar və təlimlərin keçirilməsi, həmçinin digər aktual məsələlər geniş müzakirə olunub.
Xatırladaq ki, AMEA-nın biologiya sahəsi üzrə elmi-tədqiqat institutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Xəzər Universitetinin AMEA-nın bir sıra institutları ilə əməkdaşlıq memorandumu var. Bu əməkdaşlıq çərçivəsində elm və təhsil sahəsində bir sıra əhəmiyyətli işlər görülməkdədir.
Tehsil-press.az