Üzvlük haqqını verməyən yazıçı və şairlərin siyahısı var. Həmin siyahı mühasibatlıqdadır.Bunu açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin baş müşaviri Rauf Aslanov üzvlük haqqını ödəməyən üzvlərin qurumdan xaric edilməsi ilə bağlı qərara aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, Yazıçılar Birliyinin 3 minə yaxın üzvü var:
"Onların arasında üzvlük haqqını verən də, verməyən də var. Onların hər birinin adını yadda saxlamaq olmur. Siyahı mühasibatlıqdadır".
Rauf Aslanov vurğulayıb ki, əgər üzvlük haqqını verməyən üzvlərin birlikdən xaric edilməsi ilə bağlı fikir bildirilibsə, deməli, konkret qərardır.
Qeyd edək ki, bir neçə gün öncə AYB Katibliyinin növbəti iclası keçirilib. Orada qərara alınıb ki, Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənləri cəzalandıracaq. Bunun üçün üzvlük haqqını ödəməyənlərə fevral ayının 1-nə kimi vaxt qoyulub.
Tehsil-press.az













