
Avrokomissiyanın sədri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda müxtəlif görüşlər keçirib. O, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri Jelka Tsviyanoviç, Jelko Komşiç və Denis Beçiroviçlə görüşdə Aİ-yə inteqrasiya yolunda demokratiya və qanunun aliliyi sahələrində daha çox irəliləyişin vacibliyini vurğulayıb. Bosniya və Herseqovinanın Aİ-nin xarici və təhlükəsizlik siyasətinə tam uyğun hərəkət etdiyi bildirilib. Həmçinin ölkənin Avropa yolunda güclü sadiqlik nümayiş etdirdiyi qeyd olunub.
Ursula Fon der Lyayen Bosniya və Herseqovinanı Aİ-də vahid, bölünməz və suveren dövlət kimi gördüklərini vurğulayıb.
Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Boryana Kristo isə ölkəsinin xarici siyasətdə ilk hədəfinin Aİ-yə üzvlük olduğunu deyib.
Xatırladaq ki, 2022-ci il dekabrın 15-də Bosniya və Herseqovinaya Aİ-yə üzvlük prosesində namizəd ölkə statusu verilib.
Tehsil-press.az