DİM: "İmtahanların keçirilmə vaxtı bu tarixdə bilinəcək"

DİM: Hər il Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunacaq imtahanların illik qrafiki ictimaiyyətə adətən yanvar ayının əvvəlində təqdim olunur.

Bu baxımdan, 2026-cı ildə keçiriləcək imtahanların tarixlərinin də yaxın günlərdə açıqlanacağı ehtimal edilir. Bəs 2026-cı ildə keçiriləcək imtahanların tarixi nə zaman elan ediləcək?

DİM-dən verilən məlumata görə, imtahanların qrafiki bu ay ərzində elan olunacaq. Mərkəzdən bildirilib ki, hələlik konkret gün və ya həftə dəqiqləşdirilməyib.

Tehsil-press.az

Oxşar xəbərlər