Qubada tərk edilən təyyarə — Bu təyyarəni Qubaya kim və nə üçün gətirib?(VİDEO)

Qubada tərk edilən təyyarə  —    Bu təyyarəni Qubaya kim və nə üçün gətirib?(VİDEO) Qubada hava limanı? Xeyr, xeyr. Bu təyyarə nə hava limanı üçün gətirilib, nə də Qubada qəzaya düşüb. Bəli, bu təyyarəni görənlərin ilk reaksiyası adətən eyni olur: “Bura təyyarə bura necə gəlib?”

Elə bu sualın özü də hekayənin başlanğıcıdır.

Bu təyyarə illər əvvəl bir ideyanın – bir az da xəyalın – nəticəsi kimi Quba rayonu, Qələdüz kəndinə gətirilib. Məqsəd sadə, amma çox fərqli idi: istismardan çıxmış bir sərnişin təyyarəsini qeyri-adi bir məkana çevirmək, yəni “Təyyarə restoranı” yaratmaq

Beləki Qələdüz kənd sakini Natiq bəy öz kəndində Təyyarə restoranı açmaq niyyəti ilə, Rusiya istehsalı olan, istifadəyə yararsız, TU-134B markalı təyyarənin gövdə hissəsini Qubaya gətirib. Təyyarənin restoran kimi istifadə olunacaq hissəsinin uzunluğu 17,5 metr, ağırlığı isə 8 tondur. Təyyarə restoran"ın ümumi görünüşünü tamamlamaq üçün onun digər hissələri, qanadları da bu əraziyə gətirilib, əsas gövdəyə birləşdirilməli idi.

Bu “təyyarə-restoran” ideyası vaxtilə təkcə yerli xəbərlərdə yox, həmçinin xaricdə də diqqət çəkib. Məsələn, mənbələrdə Britaniyanın Daily Mail qəzetinin Qubadakı bu “təyyarə restoran” barədə yazdığı və layihəni maraqlı bir turistik detal kimi təqdim etdiyi qeyd olunur.

Amma təəssüflər olsun ki, bu plan müəyyən bir səbəblərdən baş tutmadı. Və təyyarənin gövdəsi hələ də oradadır — sanki taleyinin necə olacağını gözləyir…

Daha ətraflı video materialda:



Tehsil-press.az

Oxşar xəbərlər