Azərbaycanda bütün limanlar bağlandı

Azərbaycanda bütün limanlar bağlandı Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova məlumat verib.

"Ölkədə qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlara giriş və çıxış bağlıdır. Yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yerləşdirilib", - o vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər