Teleaparıcı Alidə Mustafayeva icra başçısı olan ərindən ayrılıb?

Teleaparıcı Alidə Mustafayeva icra başçısı olan ərindən ayrılıb? Məşhur televiziya aparıcısı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovdan boşanması barədə şayiələr yayılmaqdadır.

Alidə Mustafayeva sözügedən iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

"Mediada ayrılmağımız haqqında yayımlanan məlumatlar tamamilə əsassızdır", - deyə A.Mustafayeva qeyd edib.

Xatırladaq ki, cütlüyün toy mərasimi 2024-cü ilin fevral ayında baş tutub.

Tehsil-press.az

Oxşar xəbərlər