Keçmiş hərbçi Rəşad Həsənov koronavirusdan ölüb

Keçmiş hərbçi Rəşad Həsənov koronavirusdan ölüb Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı keçmiş hərbçi Rəşad Həsənov koronavirusdan ölüb.
Bu barədə onun tələbə yoldaşı Nail Həsən bildirib. Məlumata görə, o, səhər saatlarında vəfat edib. Rəşad Həsənovun dostları onun sağlamlığı ilə bağlı ciddi probleminin olmadığını söyləyiblər.
"Bu gün aldıgım üzücü bir xəbər məni dəhşətə gətirdi. Ali Hərbi Məktəbdə bir yerdə oxudugum kursant yoldaşım, vətənpərvər insan Rəşad Həsənov Sankt-Peterburq şəhərində koronavirusdan vəfat edib. Rəşad fiziki cəhətdən çox saglam bədənli, daim idmanla məşgul olan adam idi. Onun koronavirusa yoluxaraq, vəfat etməsinə heç cür inanmagım gəlmir. Aldıgım məlumata görə mayın 14-də Sankt-Peterburqda xəstəxanaya gedib və ona pnevmaniya diaqnozu qoyulub. Bu gün səhər saat 6.00-da isə dünyasını dəyişib. Qəlbi hər zaman Qarabag həsrətiylə çırpınan Rəşadın arzusu ürəyində qaldı", - deyə N.Həsən bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər