Donald Trampı edama "məhkum etdilər"

Donald Trampı edama Şimali Koreyanın rəsmi mediası ABŞ prezidenti Donald Tramp edam cəzasına "məhkum edib".
Media bu cəzanı prezidentin Şimali Koreya lideri Kim Çen Ina həqarət etməsi səbəbilə verib.
“Rodong Sinmun” qəzeti isə Cənubi Koreya səfəri zamanı silahsızlaşdırılmış bölgəni ziyarət etməyən D.Trampı qorxaqlıqda təqsirləndirib. Həmçinin, D.Trampın bölgəni ziyarət etməməsinin səbəbini pis hava şəraiti ilə deyil, Şimali Koreya əsgərlərindən qorxması ilə əlaqələndirib. Qəzet yayımladığı təhqiredici məqaləsində ABŞ prezidentinin Koreya xalqı tərəfindən ölümə məhkum edilən iyrənc bir cinayətkar olduğunu qeyd edib.
Qeyd edək ki, prezident Donald Tramp Asiya səfəri zamanı Şimali Koreyada zalım diktatorluğun hökm sürdüyünü bildirmiş və Koreya liderinə “Kim niyə məni “kaftar” deyə alçaldır ki? Halbuki, mən heç vaxt ona balaca və şişman deməmişəm” mesajını göndərmişdi.

Tehsil-press.az



Oxşar xəbərlər