
Strateji hədəflərin icrası məqsədilə ilkin olaraq, Keyfiyyət təminatı şöbəsi ilə Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) rəhbərləri arasında əməkdaşlıq istiqamətində görüş keçirilib.
Görüşdə UNEC-in və Zaqatala filialının bəzi ixtisaslarının beynəlxalq akkreditasiyasını təmin etmək məqsədilə müzakirələr aparılıb.
2011-ci ildə əsası qoyulmuş Müstəqil Akkreditasiya və Reytinq Agentliyi təhsilin keyfiyyətinin təminatı üzrə aparıcı beynəlxalq akkreditasiya agentliyidir. IAAR Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) tamhüquqlu üzvüdür.
Tehsil-press.az