Sabahın hava proqnozu: 38 dərəcə isti

Sabahın hava proqnozu: 38 dərəcə isti Sabah Azərbaycanda havanın 38 dərəcəyə qədər isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturuAbşeron yarımadasında gecə 21-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 23-dəhava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə13-18, gündüz 22-27 dərəcə istiolacaq.


Tehsil-press.az

Oxşar xəbərlər