
Hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1995-ci il təvəllüdlü Əliyev Rəşad Əli oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən minik maşınında nasazılıq yaranıb.
Buna görə, avtomobil aşıb. Nəticədə R.Əliyev müxtəlif dərəcəli xəsarətlər alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, R.Əliyev ANAMA əməkdaşıdır və Ağdamın Sarıcalı kəndində çalışır.
Faktla bağlı araşdırma aparılır.
Tehsil-press.az