Yol polisi kütləvi cərimələrə başladı

Yol polisi kütləvi cərimələrə başladı Texniki baxışdan vaxtından keçməyən nəqliyyat vasitələrinin cərimə edilməsi ilə bağlı reydlər keçirilir.

Bu barədə tehsil-press.az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Yol polisi kütləvi cərimələrə başladı

Onun sözlərinə görə, yol polisi əməkdaşları saxlanılmış nəqliyyat vasitələrinin texniki baxışdan keçib-keçməməsini sənədləşdirirlər: "Son bir sutka ərzində artıq 65 avtomobilin sahibi texniki baxışdan vaxtında keçmədiyinə görə qanunvericiliyə uyğun qaydada inzibati məsuliyyətə cəlb olunub".

Yol polisi kütləvi cərimələrə başladı

V.Əsədov qeyd edib ki, bu barədə avtomobil sahiblərinə hər il dəfələrlə məlumat verilməsinə baxmayaraq, hələ də nəqliyyat vasitələrini vaxtında texniki baxışdan keçirməyənlər var: "Bildirmişdik ki, mayın 1-dək Rusiya istehsalı olan bütün avtomobillərin texniki baxışdan keçmə müddəti idi və bunu təmin etməyənlər məsuliyyətə cəlb ediləcəklər. Artıq iyun ayının sonudur. Son bir gündə artıq qeyd etdiyim sayda texniki baxışdan keçirilməyən avtomobil aşkar olunub. Reydlər paytaxtın inzibati ərazisi üzrə davam etdirilir. Hazırda isə Avropa ölkələrində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxışdan keçmə vaxtıdır. Bunu etmək vacibdir, yol hərəkətində istismar edilən bütün nəqliyyat vasitələri mütləq texniki baxışdan keçməlidir. Bir daha xatırladıram ki, avtomobillər qeydiyyatdan keçib dövlət nömrə nişanı alandan sonra, istehsalçı zavodun buraxdığı ildən sonrakı 4 il müddətində texniki baxışdan keçmir. 5-ci ildən sonra texniki baxışdan keçməklə ilaşırı 10 il ərzində bunu təmin etməlidir. 10 ildən sonra isə avtomobillər hər il texniki baxışdan keçirilməlidir".


Tehsil-press.az

Oxşar xəbərlər