Ümummilli Liderə həsr olunan musiqi kompozisiyası işıq üzü görüb

Ümummilli Liderə həsr olunan musiqi kompozisiyası işıq üzü görüb Mədəniyyət Nazirliyinin sifarişi ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmaləxanım Əsədullayevanın müəllifi olduğu, ümummilli lider Heydər Əliyevin dövlətçilik və mədəniyyət sahəsindəki fəaliyyətini əks etdirən “Heydər Əliyev haqqında Oda” əsəri kitab şəklində nəşr olunub.
Xalq şairi Fikrət Qocanın sözlərinə bəstələnən əsər xor və simfonik orkestr üçün yazılıb. Kompozisiya “Çahargah” muğamının daxili strukturu əsasındadır
Kitab Mədəniyyət Nazirliyinin tabeliyindəki aidiyyəti qurumlara paylanılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər