“Sovetski”də yanğın başlayıb

“Sovetski”də yanğın başlayıb Bakıda “Sovetski” adlanan ərazidə yanğın baş verir.

Tehsil-press.az-n məlumatına görə, Balababa Məcidov küçəsində (keçmiş 2-ci paralel) "Əfsanə" kafesi ilə üzbəüz, sökülmüş evin ərazisində yanğın davam edir.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.


Tehsil-press.az

Oxşar xəbərlər