Elmi Şuranın iclasında 2015-2016-cı tədris ilinə yekun vuruldu

Elmi Şuranın iclasında 2015-2016-cı tədris ilinə yekun vuruldu Azərbaycan Tibb Universitetinin (ATU) 2015-2016-cı tədris ili üçün Böyük Elmi Şurasının yekun toplantısı keçirildi.
Yığıncaqda 2015-2016-cı tədris ilində Azərbaycan Tibb Universiteti üzrə Dövlət Attestasiya Komissiyası sədrlərinin hesabatları dinlənildi. Hesabatlar gənc mütəxəssislərin hazırlanması işində keyfiyyətinin yüksəldilməsi, bu istiqamətdə universitet kollektivinin üzərinə düşən öhdəlik və vəzifələrə həsr olunmuşdu.
Toplantının davamında ATU-nun tədris hissə müdiri dosent Nəsimi Qasımov çıxış edərək tədbir iştirakçılarını hesabat dövründə universitetin tədris planları ilə tanış etdi. Müvafiq sənədlər Şura üzvlər tərəfindən təsdiq olundu.
Daha sonra ATU-nun Elmi katibi, professor Hüseyn Qabulov tərəfindən tərtib olunmuş “2016-2017-ci tədris ili üçün iş planı” təsdiqləndi.
Toplantının sonunda çıxış edən rektor, professor Gəray Gəraybəyli müzakirə olunan məsələlərə münasibətini bildirdi, hazırda universitetdə keçirilən imtahan sessiyasının gedişatı haqqında öz irad və tövsiyələrini səsləndirdi. Professor G.Gəraybəyli həmçinin yaxın günlərdə keçiriləcək Məzun Günü haqqında da Şura üzvlərinə məlumat verdi. Sonda rektor ATU-nun bütün işçi heyətinə yay tətilində xoş istirahət arzuladı.

ATU-nun Mətbuat Şöbəsi


Elmi Şuranın iclasında 2015-2016-cı tədris ilinə yekun vuruldu

Elmi Şuranın iclasında 2015-2016-cı tədris ilinə yekun vuruldu

Oxşar xəbərlər