Qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər KATV1-dən 4 illik pulsuz internet əldə edəcək

Qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər KATV1-dən 4 illik pulsuz internet əldə edəcək Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 şirkəti cari ilin qəbul imtahanlarında 700 bal toplayan bütün abiturientləri mükafatlandıracaq.

Şirkətdən Tehsil-press.az-a verilən məlumata əsasən, 700 bal toplayan hər bir abituriyent hədiyyə olaraq təhsil aldığı 4 il ərzində KATV1-in pulsuz yüksəksürətli interneti ilə təmin olunacaq, o cümlədən Wi-Fi ruter və HD-qəbuledici əldə edəcəklər. KATV1 şirkəti gəncləri təhsil almağa həvəsləndirmək məqsədilə sözügedən kampaniyanı hər il keçirəcəyini bəyan etdi.


Tehsil-press.az

Oxşar xəbərlər