KATV1 abunəçilərinin internet sürəti yay aylarında pulsuz dördqat artırıla bilər

KATV1 abunəçilərinin internet sürəti yay aylarında pulsuz dördqat artırıla bilər Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 "Yay interneti" kampaniyasını elan edib.

Bu barədə Tehsil-press.az KATV1-dən məlumat verilib.
KATV1-dən verilən məlumata görə, kampaniya çərçivəsində internet-paketi üçün əvvəlcədən 3 aylıq ödəniş edən abunəçilər bütün yay boyu (31 avqust 2016-ci il tarixinədək) 30-100 Mbit/s-lik internet əldə edəcəklər.
Orta hesabla istifadə olunan tarif paketindən asılı olaraq internetin sürəti yay aylarında təxminən dörd dəfə artırılacaq. Məsələn, baza paketinin istifadəçiləri (8 Mbit/s) kampaniyaya qoşulduqda 30 Mbit/s-lik internet əldə edəcəklər.
KATV1-in yeni istifadəçiləri isə "Yay interneti" kampaniyasına qoşulduqda əlavə olaraq pulsuz Wi-Fi ruter əldə etmiş olacaqlar.


Tehsil-press.az

Oxşar xəbərlər