Balakəndə "KAMAZ" yanıb

Balakəndə Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin yanar hissələri və avtomobilin banına yığılmış 2 ton ot bağlaması yanıb, yüksək temperaturdan divara quraşdırılmış qaz sayğacı əriyib. Tehsil-press.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər