Azərbaycan An-124 yük təyyarəsi alacaq

Azərbaycan An-124 yük təyyarəsi alacaq Azərbaycanın "Silk Way Airlines" yük aviaşirkəti "An-124-100" yük təyyarəsi alacaq.

"Silk Way Airlines" təyyarənin maliyyə lizinqi barədə Rusiyanın "İlyuşin Finans Ko." şirkəti ilə saziş imzalayıb.
Bu barədə Tehsil-press.az "İlyuşin Finans Ko."nun saytına istinadən məlumat verir.
Tərəflər təyyarə tədarükünün əsas şərtləri barədə razılığa gəliblər. Yekun müqavilənin yaxın 30 gün ərzində bağlanması gözlənilir.
Təyyarənin alınmasının son müddəti 2017-ci ilin I rübüdür.


Tehsil-press.az

Oxşar xəbərlər