Şotlandiyada Brexit-lə bağlı xüsusi komissiya yaradılıb

Şotlandiyada Brexit-lə bağlı xüsusi komissiya yaradılıb Şotlandiyada Böyük Britaniya Avropa İttifaqından çıxan zaman regionun maraqlarını müdafiə edəcək xüsusi ekspertlər komissiyası yaradılıb.

Tehsil-press.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Şotlandiyanın birinci naziri Nikola Stercen bildirib. N.Stercen Londondakı mətbuat konfransında deyib: "Mən iqtisadi, diplomatik, qanunverici ekspertiza ilə məşğul olacaq ekspertlər komissiyası təyin etmişəm. Komissiya ilk dəfə sabah Edinburqda görüş keçirəcək".
Xatırladaq ki, iyunun 23-də keçirilmiş referendumda britaniyalıların əksəriyyəti Avropa İttifaqından çıxmağa (Brexit) səs vermişdi. Bununla belə, şotlandların böyük hissəsi ittifaqın üzvü kimi qalmaq tərəfdarı kimi çıxış etmişdilər. Bundan sonra N.Stercen müstəqilliklə bağlı yeni referendumun keçiriləcəyini istisna etmədiyini söyləmişdi.


Tehsil-press.az

Oxşar xəbərlər