Rusiyanı Olimpiadaya buraxdılar

Rusiyanı Olimpiadaya buraxdılar Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya yığmasının 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarından kənarlaşdırılmayacağını təsdiq edib.

Tehsil-press.az bildirir ki, BOK-un yaydığı məlumatda belə deyilir.
Bu barədə qərar BOK İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.
Bununla bərabər, Rusiya yüngül atletlərinin Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı ilə bağlı qərarın bu idman sahəsi üzrə beynəlxalq federasiya tərəfindən qəbul ediləcəyi bildirilib. Eyni zamanda BOK Dari Klişnoy istisna olmaqla, rusiyalı yüngül atletlərin Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyini təsdiqləyib, əvvəllər dopinq qəbul edən rusiyalı idmançıların Yay Olimpiya Oyunlarına buraxılmayacağını vurğulayıb.

* * *10:46
Dopinqlə bağlı ciddi nöqsanlara görə 387 idmançıdan ibarət Rusiya yığması tam heyətlə Rio-de-Janeyro Olimpiadasından kənarlaşdırılıb.
Tehsil-press.az bildirir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyanın həyata keçirdiyi “dövlət dopinq proqramı"na görə ölkə yığmasının bütün heyətini cəzalandırmağa qərar verib. “BOK bununla dopinqin bütün idmana ağır zərbə olduğunu nümayiş etdirmək istəyir”, - deyə mənbə bildirib.
Onu da qeyd edək ki, BOK İcraiyyə Komitəsi bu gün İsveçrənin Lozanna şəhərində baş tutacaq iclasında Rusiya millisinin 5-21 avqustda keçiriləcək Rio-2016 Olimpiya Oyunlarında iştirakına dair rəsmi qərar verəcək.


Tehsil-press.az

Oxşar xəbərlər