Türkiyədə polisə hücum edilib - 5 ölü, 4 yaralı
Türkiyənin Bingöl vilayətində yolda quraşdırılan əldəqayırma bomba zirehli polis avtomobilinin hərəkəti zamanı partlayıb. 5 polis əməkdaşı ölüb, 4-ü isə yaralanıb.
Tehsil-press.az-ın məlumatına görə, bu barədə "Milliyyet" qəzeti xəbər verib. Qəzet yazır ki, partlayış polis avtobusunun həmin yoldan keçərkən yerli vaxtla saat 17:45-də baş verib. Hadisə nəticəsində yaralanan polislər xəstəxanaya yerləşdiriliblər.Tehsil-press.az
- Baxış: 6078
Xəbərin tarixi: 01.08.2016 / 20:38
-
Oxşar xəbərlər