Qusarın iki kəndinə ilk dəfə təbii qaz verilib

Qusarın iki kəndinə ilk dəfə təbii qaz verilib Avqustun 2-də Qusar rayonunun daha iki kəndinə ilk dəfə təbii qaz verilib.

Tehsil-press.az bu barədə SOCAR-ın saytına istinadən xəbər verir.
Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ümumilikdə 261 abonenti olan Ləcət və Yuxarı Tahircal kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 33 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Sakinlər kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Tehsil-press.az

Oxşar xəbərlər