Vatikan Zadəgan Heraldika Akademiyası azərbaycanlı rəssama qraf titulu verib

Vatikan Zadəgan Heraldika Akademiyası azərbaycanlı rəssama qraf titulu verib Vatikan Zadəgan Heraldika Akademiyası Azərbaycanın rəssamına qraf titulunun verilməsi barədə qərar qəbul edib.

Tehsil-press.az Mədəniyyət və Turizm Nazirliyindənə istinadən xəbər verir ki, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, rəssam Sakit Məmmədov opalizm üslubunun əsasını qoyub. Opalda mövcud olan isti rənglər çələngi Sakit Məmmədovun hələ gənclik illərindən böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, daşda olan rəng oyununa onun, demək olar, bütün əsərlərində rast gəlinir. Bununla sənətkar göstərmək istəyir ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad edə bilməz. Sevindirici haldır ki, onun əsasını qoyduğu opalizm məktəbini istedadlı tələbələri davam etdirirlər.
S.Məmmədovun əsərləri məşhur şəxslərin şəxsi kolleksiyalarında, Vatikan muzeyində, “Opera” qalereyasında (Sinqapur), Bakıda Müasir İncəsənət Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Onun işləri dünyanın bir çox nüfuzlu qalereyalarında nümayiş etdirilir. Sakit Məmmədov ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa, Avstriya, Macarıstan və digər ölkələrdə keçirilən sərgilərdə iştirak edib.
İncəsənət sahəsində onun böyük uğurlarının tanınması əlaməti olaraq Vatikan Zadəgan Heraldika Akademiyası S.Məmmədova qraf titulunun verilməsi barədə qərar qəbul edib, Avropa Təbiət Elmləri Akademiyası isə rəssamı Konrad Adenauer yubiley medalı və diplomu, alman rəssamı Albrext Dürer medalı və diplomu ilə təltif edib. Mükafatlar rəssama doğum günü münasibətilə təqdim edilib.


Tehsil-press.az

Oxşar xəbərlər