Gündüz İsmayılov: Təəssüf ki, ziyalılarımız xurafata qarşı daha zəif mübarizə aparırlar

Gündüz İsmayılov: Təəssüf ki, ziyalılarımız xurafata qarşı daha zəif mübarizə aparırlar 21-ci əsr olmasına baxmayaraq, xurafatla mübarizənin aparılması bu gün cəmiyyətimiz üçün aktual olan məsələdir.

Tehsil-press.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov bu gün "Dini radikalizm və xurafat: bir medalın iki üzü" mövzusunda keçirilən konfransda deyib.
O qeyd edib ki, həm xurafat, həm də dini radikalizm cəmiyyət üçün çox zərərlidir: "DQİDK-nın dini radikalizmlə mübarizədəki əsas fəaliyyət xətti ideoloji istiqamətdir. İkinci xətt isə inzibati tədbirlərdir. Biz inzibati tədbirləri hüquq-mühafizə orqanları ilə birgə həyata keçiririk. Hesab edirik ki, hər iki istiqamət üzrə mübarizə tədbirləri xurafatçılıqla da həyata keçirilməlidir. Bu məsələlərdə bizə dini icmalarla yanaşı, mətbuat da yaxından kömək etməlidir".
Onun sözlərinə görə, əgər din pərdəsi altında qadın hüquqlarına təhdidlər, erkən nikahla bağlı problemlər varsa, eyni zamanda dünyəvi təhsilə qarşı kiçik qruplar tərəfindən də olsa, çıxışlar varsa, komitə bunları da xurafatla mübarizə çərçivəsində nəzərdə tutduğu məsələlərə aid edir: "Mirzə Fətəli Axundov, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.Ə.Rəsulzadə kimi maarifçi ziyalılarımız həmişə dinə qarşı deyil, xurafata qarşı mübarizə aparıblar. Təəssüf ki, bu gün həmin dövrlə müqayisədə ziyalılarımız xurafata qarşı daha zəif mübarizə aparırlar".


Tehsil-press.az

Oxşar xəbərlər