Yerevan ABŞ-ın axtardığı Rusiya vətəndaşını ona vermədi

Yerevan ABŞ-ın axtardığı Rusiya vətəndaşını ona vermədi Yerevan məhkəməsi Rusiya vətəndaşı Sergey Mironovun həbsi barədə prokurorluğun vəsatətini rədd edib.

RİA Novosti-nin verdiyi xəbərə görə, iclasa sədrlik edən hakim Мnаçаkan Martirosyan bildirib ki, S. Mironov azad olunacaq. O deyib ki, prokurorluq qərardan 5 gün ərzində apellyasiya şikayəti verə bilər.
ABŞ tərəfindən beynəlxalq axtarışda olan Rusiya vətəndaşı S. Mironov hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır. S. Mironov ötən həftənin sonunda Ermənistanın paytaxtında, Zvartnots hava limanına daxil olan zaman saxlanılıb. O, çirkli pulların yuyulmasında və qeyri-qanuni məxfi texnologiyalar ötürməkdə şübhəli bilinir.


Tehsil-press.az

Oxşar xəbərlər