
Təfəflər Cənubi Qavqaz regionunda təhlükəsizlik və ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər. S.Şoyqu bildirib ki, ikitərəfli əməkdaşlıq planı genişdir və "regionda baş verən hadisələrin və dəyişən vəziyyətin fonunda daim inkişaf edir".
Nazir Rusiya Müdafiə Nazirliyinin ali məktəblərində ödənişsiz təhsil alan Ermənistan hərbçilərinin sayının artırılmasının mümkünlüyünü ifadə edib.
S.Ohanyan bildirib ki, Ermənistan və Rusiya hərbi əlaqələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində dinamik inkişaf edir. O qeyd edib ki, müzakirələr zamanı regionda təhlükəsizlik məsələləri müzakirə olunacaq və əməkdaşlığın inkişaf istiqamətləri müəyyən ediləcək.
Tehsil-press.az