
Türkiyə ordusunun antiterror əməliyyatlarına başlaması ilə Suriya münaqişəsi dünya gündəmində növbəti dəfə aktuallıq qazandı. Lakin bu, dünyada mövcud olan digər münaqişələri növbəti dəfə kölgə altına saldı. Elə təəssürat yaranır ki, sanki müəyyən qüvvələr yenə də Dağlıq Qarabağ başda olmaqla, digər münaqişələri məqsədli şəkildə unutdurmağa çalışırlar. Əslində isə Dağlıq Qarabağ problemi digər münaqişələrdən daha aktualdır. Bunu sübut etmək heç də çətin deyil.
Tehsil-press.az